Moskva Tramp ilə razılaşmanın Ukraynaya sülh gətirəcəyinə ümid EDİR
Rusiya ABŞ Prezidenti Donald Trampla dizel yanacağı ilə bağlı razılaşmanın Ukraynada sülhə töhfə verəcəyinə ümid edir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin müavini Vladimir Cabarov gazeta.ru-ya açıqlamasında bildirib.
Senator razılaşmanın hər iki tərəf üçün faydalı olacağını qeyd edib. Onun sözlərinə görə, bu razılaşma Rusiyaya gəlir əldə etməyə, ABŞ-yə isə dizel yanacağı ilə bağlı problemləri azaltmağa və qiymətləri aşağı salmağa imkan verə bilər.
Cabarovun fikrincə, Ukraynada sülhün əldə olunmasını müəyyən edən əsas amil isə Rusiya hərbçilərinin xüsusi hərbi əməliyyat zonasındakı fəaliyyəti olaraq qalır.
Aytəkin TOFİQQIZI













