İsrailə uçan təyyarədə bomba HƏYƏCANI

 12:34 13.10.2026     117

ABŞ-nin “Delta” aviaşirkətinin Nyu-Yorkdan Təl-Əvivə uçuş həyata keçirən təyyarəsində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı xəbər yayılıb. 

Redaktor.az “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, anonim şəxsin bu barədə məlumat verməsindən sonra təyyarədə yoxlama aparılıb. 

Belə ki, məlumat daxil olduqdan sonra təyyarə Ben-Qurion hava limanının kənar uçuş-enmə zolağına yönləndirilib və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılıb.

Terminala təxliyə edilən sərnişinlər üçün heç bir təhlükənin olmadığı bildirilir. İlkin məlumata görə, partlayış təhlükəsi ilə bağlı xəbər öz təsdiqini tapmayıb. 

Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota balta ilə hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşdırma davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən