Türkiyə təyyarəsi qaçırılma siqnalı verərək Almaniyada eniş ETDİ

 19:00 13.10.2026     62

Yunanıstanın Korfu adasından uçan “Corendon Airlines” aviaşirkətinə məxsus təyyarə qaçırılma siqnalı verib. Hava gəmisi qırıcıların müşayiəti ilə Almaniyanın Nürnberq hava limanına enib.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, pilot bu müddətdə radio əlaqəsinə çıxmayıb.

Sonradan siqnalın yanlış olduğu müəyyənləşib. İlkin ehtimala görə, buna səhv və ya texniki nasazlıq səbəb ola bilər.

Bu gün Stokholmdan Sürixə uçan digər təyyarə də Almaniya səmasında fövqəladə vəziyyət siqnalı verib. Ümumi fövqəladə vəziyyəti bildirən “Squawk 7700” kodunu ötürən hava gəmisi Hamburq hava limanına enib.

Vumart və Güvən reklamı Vumart Güvən