Şimali Koreya “İskəndər-M” raketini sınaqdan keçirdi

 21:23 13.10.2026     176

Şimali Koreya Rusiyanın “İskəndər-M” ballistik raket kompleksinin analoqu hesab edilən yenilənmiş taktiki raketi sınaqdan keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, sınaq buraxılışı oktyabrın 12-də həyata keçirilib. Sınaq zamanı raketin yenilənmiş “əsas mühüm komponentinin” işlək vəziyyətdə olduğu təsdiqlənib. Raket İdarəsinin nümayəndələri yeni komponentin hücum silahlarının gücünü və dəqiqliyini artıracağını vurğulayıblar.

Yayımlanan fotoya əsasən, sınaq zamanı “Hwasong-11C” raketindən istifadə edildiyi ehtimal olunur. Bu raketin 600-900 kilometr mənzilə malik olduğu və 2,5 ton ağırlığında döyüş başlığı daşıdığı bildirilir.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən