ABŞ senatorları Trampdan Rusiya ilə dizel sazişini ləğv etməyi tələb ETDİ

 22:39 13.10.2026     141

ABŞ-nin 12 senatoru Prezident Donald Trampa məktub göndərərək Rusiya ilə dizel yanacağının tədarükünə dair sazişi ləğv etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə senator Riçard Blumental “X” sosial şəbəkəsində məlumat yayıb.

“Rusiya dizeli ilə bağlı fəlakətli sazişin ləğvini tələb etmək üçün həmkarlarıma rəhbərlik edəcəyəm. Güzəştli yanaşma [Rusiya Prezidenti Vladimir] Putini ciddi sülh danışıqlarına məhəl qoymamağa sövq edir, dizel məsələsindəki uğursuzluq isə tam zəifliyi nümayiş etdirir”, – deyə senator bildirib.

Blumentalın paylaşdığı məktubu həm Demokratlar, həm də Respublikaçılar partiyalarını təmsil edən 12 senator imzalayıb.

Sənəddə senatorlar Trampı sentyabrda qəbul edilmiş Lindsi Qrem qanununda nəzərdə tutulan Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə də çağırıblar.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya və ABŞ arasında müvəqqəti lisenziya əsasında Rusiya dizel yanacağının tədarükünə dair razılaşmanın əldə olunduğu məlum olub.

Sazişdən sonra ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəsmi saytında Demokratların bəyanatı dərc edilib. Onlar dizel sazişini “Ukraynaya və Avropadakı müttəfiqlərə xəyanət” adlandırıblar.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən