Quterreş İrəvana GEDƏCƏK

 01:42 14.10.2026     55

BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının (COP17) 17-ci Tərəflər Konfransında yüksək səviyyəli tədbirlərdə iştirak etmək üçün 15-16 oktyabr tarixlərində İrəvana səfər edəcək.

Redaktor.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin sözlərinə görə, səfəri zamanı o, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Dünya Liderlərinin Biomüxtəliflik üzrə Zirvə Toplantısı 16 oktyabrda İrəvanda keçiriləcək. Tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, elm adamları və digər maraqlı tərəflər təbiəti qorumaq və bu sahədə qlobal öhdəliklərin yerinə yetirilməsini sürətləndirmək üçün tədbirləri müzakirə edəcəklər.

Əsas COP17 konfransı 19-30 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən