“Halk TV”də axtarış aparıldı, yayımı DAYANDIRILDI

 10:09 14.10.2026     72

Türkiyədə “Halk TV”nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb.

Redaktor.az “NTV”yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. 

Bununla yanaşı, kanalın yayımı dayandırılıb və quruma qəyyum təyin edilib.

Qeyd edək ki, Cafer Mahiroğlu barəsində “rüşvət”, “tenderə müdaxilə”, eləcə də “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları üzrə araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən