Zibil çeşidləyən qadın model olmaq təkliflərini rədd ETDİ

 10:43 14.10.2026     118

Çində tullantıların çeşidlənməsi zavodunda çalışan 20 yaşlı qadın modellik agentliklərindən təkliflər alsa da, bu sahədə tam ştatlı işləməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb.

Çinin Çjetszyan əyalətindən olan Len Minxuy Taizhou şəhərindəki tullantıların təkrar emalı zavodunda işlədiyi videonun sosial şəbəkələrdə yayılmasından sonra məşhurlaşıb. İstifadəçilər onun xarici görünüşünə diqqət yetiriblər. Daha sonra çinli modelyer və agent Lu Syanren onu görərək “təbii supermodel” adlandırıb və podiuma çıxmasına kömək edib.

Moda sahəsində uğur qazanmasına baxmayaraq, Len hazırkı işindən ayrılmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, işlədiyi zavod sevgilisinin atasının ailə biznesidir və cütlük bu işi idarə etməyə kömək edir.

“Zibil toplamaq yemək üçün bir yoldur, modellik isə bir xəyaldır. Bu iki yol bir-biri ilə ziddiyyət təşkil etmir”, – deyə o bildirib.

Len uşaqlıqda çətinliklərlə üzləşib. Valideynləri o, bir yaşında olarkən boşanıb. 15 yaşında babasının ölümündən sonra təhsilini yarımçıq qoyaraq kassir və ofisiant işləməyə başlayıb. Daha sonra sevgilisinin ailəsi ona dəstək göstərib və təhsil xərclərini ödəyib.

Hazırda Len podiuma çıxmağa davam edir. Bununla belə, o, modellik imkanlarının az olduğunu etiraf edir və bu sahədə bacarıqlarını inkişaf etdirmək üçün daha çox çalışacağını bildirir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən