Dron hücumunda yaralandı, xəstəxanaya tək GETDİ
Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində bir kişi yaralanıb. Sinəsindən və ayağından qəlpə yaraları alan şəxs xəstəxanaya özbaşına müraciət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin əməliyyat qərargahı “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Şebekino şəhər dairəsinin Arxangelskoye kəndinə hücum edib. PUA-nın partlaması nəticəsində xəsarət alan kişi Şebekino xəstəxanasına özü gedib. Ona ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib.
Hücumlar nəticəsində Şebekino dairəsində iki çoxmənzilli yaşayış binasına, iki fərdi evə və infrastruktur obyektinə ziyan dəyib. Valuyski dairəsində minik avtomobili, Belqorod dairəsində isə iki fərdi ev zərər görüb.
NURİYYƏ













