Nanotirannın skeleti hərraca çıxarılacaq – 9 milyon dollar
ABŞ-nin Nyu-York şəhərində “Codi” ləqəbli nanotirannın skeleti hərraca çıxarılacaq. Təxminən 67 milyon il yaşı olan dinozavr qalıqlarının 6–9 milyon dollar arasında qiymətə satılacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, hərrac oktyabrın 27-də “Sotheby’s” hərrac evində keçiriləcək. Satışdan əvvəl dinozavrın fosilləşmiş qalıqları ictimaiyyətə nümayiş etdirilib.
NURİYYƏ













