"BMT Qərb təbliğatının qurbanına çevrilib"

 00:55 15.10.2026     52

BMT-də Ukrayna münaqişəsi ilə bağlı müzakirələrin obyektiv aparılmadığı iddia olunur. Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya bunu Qərb ölkələrinin koordinasiyalı informasiya siyasəti ilə əlaqələndirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Nebenzya bildirib ki, Ukrayna münaqişəsinin dünya mediasında və BMT Təhlükəsizlik Şurasında işıqlandırılması obyektivlikdən uzaqdır. Onun sözlərinə görə, buna Ukraynanı dəstəkləyən Qərb ölkələrinin koordinasiyalı media xətti səbəb olur.

“Bu kampaniyanın qurbanına bizim təşkilatımız da çevrilib. Təşkilat Kiyev rejiminin cinayətlərini sənədləşdirməkdən hər vəchlə yayınır, eyni zamanda Rusiyaya qarşı əsassız ittihamlar irəli sürür”, – deyə o bildirib.

Rusiyalı diplomat əlavə edib ki, Qərb ölkələri cinayətlər törətməkdə ittiham etdiyi Ukrayna hakimiyyətini məqsədli şəkildə müdafiə edir. O, həmçinin Qərbi ikili standartlar nümayiş etdirməkdə və bəzi məsələlərə seçici yanaşmaqda ittiham edib.

Qeyd edək ki, daha əvvəl Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Avropada söz azadlığının zəiflədiyini bildirib. Onun sözlərinə görə, tarixi faktlara istinad edən akademik dairələr və ziyalılar xüsusilə güclü təzyiqlə üzləşirlər.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən