ABŞ Oman körfəzində İranla gəmisini məhv ETDİ

 00:59 15.10.2026     59

ABŞ hərbçiləri ötən həftə Oman körfəzində İranla əlaqəli olduğu bildirilən gəmini məhv ediblər. Hadisə oktyabrın 6-da baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, “dau” adlanan kiçik taxta yelkənli-motorlu gəmi ABŞ hərbi gəmilərini izləyib və onlar üçün təhlükə yaradıb. Buna görə də ABŞ hərbçiləri gəmiyə zərbə endirərək onu məhv ediblər. Ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə olunublar.

Qeyd edək ki, oktyabrın 14-də Sinqapura məxsus “GFS Pride” konteyner gəmisinin Hörmüz boğazı yaxınlığında naməlum mərmi ilə vurulduqdan sonra batdığı bildirilib. Zərbə nəticəsində zədələnən gəmidə yanğın baş verib. Ekipajın 21 üzvü təhlükəsiz şəkildə təxliyə olunub, xəsarət alan olmayıb. Onların arasında Sinqapur vətəndaşlarının olmadığı qeyd edilib.

Bundan əvvəl, oktyabrın 11-də ABŞ-nin Oman körfəzində İranın dəniz blokadasını pozmağa çalışdığı iddia edilən yük gəmisinə zərbə endirdiyi barədə məlumat yayılmışdı.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən