Zaxarova Zelenskinin mövqeyini tənqid ETDİ
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin mövqeyini tənqid edib.
Redaktor.az xəbər verir ki, Zaxarova bu barədə Xarici İşlər Nazirliyində keçirilən brifinqdə danışıb.
O, Zelenskini sərt ifadələrlə tənqid edərək Ukrayna liderinin ölkənin gələcəyi ilə bağlı atdığı addımları mənfi qiymətləndirib.
Zaxarovanın sözlərinə görə, Zelenski Ukrayna böhranının tarixi səbəblərini müzakirə etməkdən yayınır və ərazi güzəştlərindən imtina etdiyini bir daha təsdiqləyib. Rusiya XİN sözçüsü Kiyevin əsas məsələlər üzrə danışıqlara hazır olmadığını da iddia edib.
Aytəkin TOFİQQIZI













