Trampın təsvir olunduğu sikkələr ABŞ Zərbxanasına rekord gəlir GƏTİRDİ
ABŞ Zərbxanasının 2026-cı maliyyə ilində satış gəlirləri 1 milyard dolları ötüb. Bu, son 20 ildən çox müddətdə qeydə alınan ən yüksək göstəricidir.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rekord gəlirin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın təsvir olunduğu bir dollarlıq sikkələrə tələbatın artması mühüm rol oynayıb.
ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə buraxılan xatirə sikkələri sentyabrın əvvəlindən satışdadır. 25 sikkədən ibarət rulon 61 dollara, 100 sikkədən ibarət çanta isə 154,50 dollara təklif olunur. Sikkələri ABŞ Zərbxanasının rəsmi internet saytı vasitəsilə əldə etmək mümkündür.
Məlumata görə, bu, təxminən 100 ildən sonra ilk dəfədir ki, sağ olan ABŞ prezidentinin təsviri sikkə üzərində yer alır. 1926-cı ildə ölkənin müstəqilliyinin 150 illiyi münasibətilə o vaxtkı prezident Kelvin Kuliccin təsviri olan sikkə buraxılmışdı.
Aytəkin TOFİQQIZI













