NATO istənilən hücumu dəf etməyə hazırdır - General

 13:46 16.10.2026     72

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç alyansın istənilən hücumu dərhal və qətiyyətlə dəf etməyə qadir olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Der Spiegel” jurnalına müsahibəsində danışıb.

Qrinkeviç NATO-nun “qələbə planı”nın Rusiyaya alyansın mümkün hücuma qarşı hərəkətə keçməyə hazır olduğuna dair açıq mesaj olduğunu vurğulayıb.

Plan mümkün Rusiya hücumunun qarşısını almaq üçün dronlardan və yerüstü robotlardan istifadəni, həmçinin NATO qüvvələri arasında itkiləri minimuma endirməyə hesablanmış geniş “muxtar zona” yaradılmasını nəzərdə tutur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən