Erməni dostlarımıza güvənirik - İranın XİN başçısı

 15:03 16.10.2026     59

İran ABŞ-nin regionda və öz ətrafında istənilən formada mövcudluğundan narahatdır. Bununla belə, Tehran Ermənistanın İranın təhlükəsizliyinə qarşı addım atmayacağına inanır.

Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi oktyabrın 16-da İrəvanda jurnalistlərə açıqlamasında TRIPP layihəsi və ABŞ-nin regiondakı mövcudluğu ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir İranın bu məsələdə narahatlığının davam edib-etmədiyi barədə suala cavabında Ermənistanla birbaşa təmasların olduğunu bildirib.

“Biz bu məsələ ilə bağlı erməni dostlarımızla birbaşa əlaqədəyik. Onlara güvənirik və bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç nə etmirlər”, – Əraqçi qeyd edib.

İranlı nazir Ermənistan rəsmiləri ilə məsləhətləşmələrin davam etdiyini vurğulayıb. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfərini və orada keçirilən müzakirələri xatırladıb.

“Biz Ermənistan hakimiyyəti ilə məsləhətləşmələrimizi davam etdiririk. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda olub və orada yaxşı müzakirələr apardıq. Bu gün isə prezidentimiz Ermənistanın baş naziri ilə görüşəcək”, – o bildirib.

Əraqçi İran və Ermənistan arasında sıx təmasların davam etdiyini əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən