Ermənistan və Türkiyə yeni əməkdaşlıq imkanlarını müzakirə etdi

 18:55 16.10.2026     57

Bu gün Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanda COP17 çərçivəsində Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Tərəflər iki ölkə arasında yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər. Sanitar və baytarlıq nəzarətinə tabe olan malların daşınması və tranziti ilə bağlı prosedurlar da görüşün gündəliyində yer alıb.

Digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən