Putin Papaya zəng ETDİ
Rusiya Prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu haqda Kreml mətbuat xidməti məlumat yayıb.
“Putin Roma Papasına möhkəm cansağlığı arzulayıb və onun bu yaxınlarda keçirdiyi cərrahi əməliyyatdan sonra tezliklə sağalmasını diləyib. O, həmçinin Rusiya ilə Vatikan arasında insanların birliyinə xidmət edən mənəvi-əxlaqi dəyərlərin təşviqi, eləcə də dünyanın müxtəlif bölgələrində xristianların və xristian müqəddəs məkanlarının qorunması sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb”, - məlumatda deyilir.












