Vaşinqton Kiyevin "Starshield" çıxışını dayandırıb? - Trampdan açıqlama

 22:12 16.10.2026     71

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynanın hərbi məqsədlər üçün istifadə etdiyi Starshield sisteminə çıxışını məhdudlaşdırmadığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Onun ümumiyyətlə söndürülüb-söndürülmədiyinə əmin deyiləm. Amma demək olar ki, hər şey əvvəlki kimi qalıb. Bu səhər bunu yoxladım. Bunu biz etməmişik. Bu gün səhər yoxladım. Deyirlər ki, sistem həmişəki kimi işləyir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü barədə razılığa gəliblər. Bununla əlaqədar Vaşinqton 2027-ci ilin aprelinədək Moskva əleyhinə bəzi sanksiyaları müvəqqəti yumşaldıb. Lakin bu razılaşma Ukrayna və Avropa ölkələrinin narazılığına səbəb olub. Bundan sonra Vaşinqtonun Kiyevi kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələdiyi bildirilib.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Ukrayna Rusiya neft emalı zavodlarına hücumları davam etdirəcəyi təqdirdə Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq və Starlink sistemini söndürmək niyyətində olması barədə yayılan məlumatlardan Kremlin xəbərsiz olduğunu bildirib.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən