ABŞ Rusiya və Çinlə nüvə tərksilahı üzrə danışıqlar aparır - Tramp
ABŞ Rusiya və Çinlə nüvə tərksilahı məsələsini müzakirə edir. Bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
“Bütün bu vəziyyət çox kədərlidir. Çünki mümkün olarsa, nüvə silahlarından imtina prosesini həyata keçirməkdən məmnun olardım. Hazırda bu məsələ ilə bağlı Rusiya və Çinlə danışıqlar aparırıq”, – deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, oktyabrın 9-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Trampın sözlərinə görə, tərəflər oktyabrda dünya və ABŞ bazarlarına 300 min ton, noyabrda 500 min ton, daha sonra isə 1 milyon ton dizel yanacağının tədarükü barədə razılığa gəliblər.
Vladimir Putin tədarüklərə başlamağa hazır olduqlarını təsdiqləsə də, satışın müddəti və həcmi ilə bağlı konkret rəqəmlər açıqlamayıb. Daha sonra Rusiyanın baş nazir müavini Aleksandr Novak ölkə bazarında təklifin məhdud olması səbəbindən tətbiq edilən dizel yanacağının ixracına qoyulan qadağanın dərhal aradan qaldırılacağını bildirib.
Xədicə BAXŞILI












