Paşinyan Japarovla Cənubi Qafqazdakı sülhü müzakirə ETDİ

 11:51 17.10.2026     111

Ermənistanın baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov İrəvanda Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitlik, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Paşinyan birgə brifinq zamanı bildirib.

O deyib ki, regional sülhün möhkəmləndirilməsi iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradır.

Ermənistan hökumətinin başçısı iki ölkə arasındakı münasibətlərin xalqların çoxillik tarixi dostluğuna və qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb. Onun sözlərinə görə, mövcud münasibətlərə yeni məzmun vermək və əməkdaşlıq potensialını praktiki nəticələrə çevirmək üçün zəmin var.

Danışıqlar zamanı yüksək səviyyədə müntəzəm təmasların davam etdirilməsinin, həmçinin iki ölkənin xarici siyasət qurumları arasında əməkdaşlığın fəallaşdırılmasının vacibliyi qeyd olunub.

Tərəflər 2027–2028-ci illərdə hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi barədə də razılığa gəliblər.

Bundan əlavə, müvafiq nazirliklər Sevan və İssık-Kul göllərinin qorunmasına dair memorandum imzalayıblar.

Qeyd edək ki, bu, Qırğızıstan liderinin Ermənistana ilk rəsmi səfəridir.

Vumart və Güvən reklamı Vumart Güvən