Roma Papası xəstəxanadan evə buraxılacaq

 14:29 17.10.2026     64

Roma Papası XIV Leonun ağciyər xərçəngi ilə bağlı keçirdiyi əməliyyatdan sonra bu gün xəstəxanadan çıxacağı gözlənilir.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Vatikan məlumat yayıb.

Bildirilib ki, qan testləri və rentgen nəticəsi buna imkan verir.

Papa Leo sabah Vatikandakı mənzilindən Müqəddəs Pyotr meydanında keçiriləcək dini mərasimə rəhbərlik edəcək.

Qeyd edək ki, 71 yaşlı Papaya bir neçə gün əvvəl ağciyər xərçəngi diaqnozu qoyulub.

O, 2025-ci ilin mayından Müqəddəs Taxt-Taca rəhbərlik edir.

Vumart və Güvən reklamı Vumart Güvən