Misir prezidenti vəzifədən gedəcəyi tarixi AÇIQLADI
Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk etməyə hazır olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Misir Konstitusiyası toxunulmazdır. Qarşıdakı dövr – 2030-cu ili nəzərdə tuturam – mənim prezidentlik müddətimin sonu olacaq. Bu məsələ qəti həll olunub və müzakirə mövzusu deyil”, – deyə dövlət başçısı bildirib.
Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misirə rəhbərlik edir. O, 2018-ci ildə ikinci müddətə prezident seçilib. 2019-cu ildə isə ölkədə keçirilən referendum nəticəsində ona yenidən prezidentliyə namizəd olmaq imkanı verilib. Həmin dəyişikliklərlə prezidentlik müddətinin dörd ildən altı ilə çatdırılmasına da razılıq verilib.












