“Qalatasaray”dan səfər qələbəsi

 20:07 17.10.2026     145

Türkiyə Super Liqasında VIII turun oyunları davam edir.

Redaktor.az xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb.

Gərgin keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.

Günün digər matçında “Amed” doğma meydanda “Konyaspor”u qəbul edib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Qalatasaray” 19 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan “Amed” ikinci, 15 xalı olan “Beşiktaş” isə üçüncü pillədə qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən