Hindistanda yük maşını zəvvar qrupunu vurdu - Ölənlər var

 14:48 18.10.2026     58

Hindistanın Madhya-Pradeş ştatında, Qvalior şəhərindəki Şitala Mata məbədinin yaxınlığında yük maşını zəvvarlar qrupuna çırpılıb.

Redaktor.az xəbər verir ki, NDTV-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 15 nəfər həlak olub, 25-dən çox insan isə xəsarət alıb.

Hadisə yerli vaxtla saat 01:40 radələrində, Çinaur–Nayaqao yolunda, ibadət edənlərin qədim məbədə doğru piyada hərəkət etdikləri vaxt baş verib.

Sürücü enişli yolda nəqliyyat vasitəsinə nəzarəti itirib, ağır yük maşını bir neçə maneəni aşaraq insanların üzərinə çırpılıb.

Vumart və Güvən reklamı Vumart Güvən