Bu ölkədə 5,3 maqnitudalı zəlzələ baş verdi

 15:02 18.10.2026     50

İndoneziyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Labuan Bajo bölgəsindən 60 kilometr məsafədə qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, İndoneziya Sakit okeanın “Odlu halqa” adlanan seysmik fəal zonasında yerləşdiyindən ölkədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir.

Vumart və Güvən reklamı Vumart Güvən