ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalının “Meet the Press” proqramına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton müəyyən müddət dayandırılan kəşfiyyat məlumatlarının paylaşılmasına yenidən başlayıb.
Zelenski məlumat mübadiləsinin dəqiq nə vaxt bərpa olunduğunu açıqlamayıb.
Ukrayna Prezidenti, həmçinin ABŞ ilə danışıqların bu həftə baş tutacağına ümid etdiyini bildirib.












