Tramp İsraildə keçiriləcək seçkilərdə Netanyahunu dəstəklədi

 19:49 18.10.2026     117

ABŞ Prezidenti Donald Tramp oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkilərində Baş nazir Binyamin Netanyahunu dəstəklədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti Netanyahunu güclü, cəsarətli və ağıllı lider kimi xarakterizə edib.

“Binyamin Netanyahu böyük müqavimətə, o cümlədən İsrailin öz daxilindən gələn təzyiqlərə qarşı güclü, cəsarətli və ağıllı olub”, – Tramp bildirib.

O qeyd edib ki, Netanyahu ABŞ-nin İsraildən gözlədiyi tərəfdaşdır.

“Bu müraciətim Binyamin Netanyahunun İsrailin Baş naziri vəzifəsinə yenidən seçilməsini tam və qətiyyətlə dəstəklədiyimin ifadəsidir”, – ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.

Bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ölkədə keçiriləcək ilk parlament seçkiləri olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən