Putin müharibəni bitirmək üçün üçtərəfli sammit təklif ETDİ

 09:12 19.10.2026     62

Kreml Çinin Şençjen şəhərində noyabrın 18–19-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüş təşkil etməyi təklif edib.

Redaktor.az xəbər verir ki, nəşrin mənbələrinin bildirdiyinə görə, Vladimir Putin bu təşəbbüsü oktyabrın 9-da Donald Trampla telefon danışığı zamanı irəli sürüb.

Kremlin sözçüsü Dmitri Peskov da mümkün görüşlə bağlı danışıqların aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, görüşün baş tutub-tutmayacağı və mümkün gündəliyi barədə hələ aydınlıq olmasa da, “hər üç tərəf onun keçirilməsinin hipotetik mümkünlüyünü istisna etmir”.

Vumart və Güvən reklamı Vumart Güvən