Ukraynada Trampın Zelenskiyə təzyiq göstərdiyi iddia OLUNUR

 09:38 19.10.2026     50

ABŞ-nin kəşfiyyat məlumatlarına çıxışı məhdudlaşdırması və Starlink xidmətinin iş sürətini azaltması Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq vasitəsi kimi qiymətləndirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşrinə Ukrayna hakimiyyətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Vaşinqtonun bu addımları ABŞ Prezidenti Donald Trampın Zelenskiyə qarşı “qol burması” kimi dəyərləndirilə bilər.

“Amerikalılar Donbasdan çıxmağı tələb edirlər, lakin bunun əvəzində heç nə təklif etmirlər. Tramp üçün bu, sadəcə bir sövdələşmədir. Bunun Ukraynanın hesabına baş verməsi onu maraqlandırmır”, – deyə mənbə bildirib.

O, həmçinin Rusiya Silahlı Qüvvələrinin Ukraynanın arxa cəbhəsinə mütəmadi zərbələr endirməsindən narahatlığını ifadə edib. Mənbənin sözlərinə görə, hücumların hədəfləri daim dəyişir, anbarlar, məlumat mərkəzləri və enerji infrastrukturu da zərbələrə məruz qalır.

O əlavə edib ki, qarşıdan gələn qış mövsümündə risklər ötən illə müqayisədə daha yüksəkdir. Buna səbəb Ukraynanın ballistik raketləri zərərsizləşdirmək imkanlarının məhdud olmasıdır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən