Rubio prezidentliyə namizədliyi ilə bağlı danışmaq İSTƏMƏDİ

 13:41 19.10.2026     65

ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində namizədliyi ilə bağlı sualları cavablandırmaq istəmədiyini bildirib.

Redaktor.az xəbər verir ki, Rubio bu barədə Afina və Qərb sivilizasiyasının irsi haqqında çıxışından sonra “Breitbart”a müsahibəsində danışıb.

O bildirib ki, hazırda 2028-ci il seçkiləri ilə bağlı suallara cavab vermək niyyətində deyil və diqqətini üzərinə düşən vəzifələrə yönəldib.

“Bu məqamda mən sadəcə 2028-ci il seçkiləri ilə bağlı sualları cavablandırmayacağam. Sizə qarşı heç bir etirazım yoxdur. Bilirəm ki, bu, bizim ilk söhbətimizdir. Amma bəzi müxbirlər başqa heç nə haqqında soruşmurlar. Artıq kifayətdir”, – Rubio deyib.

Dövlət katibi iki vəzifəsinin olduğunu və onların gününün böyük hissəsini tutduğunu vurğulayıb. O, bəzən işlərini yerinə yetirmək üçün kifayət qədər vaxtının olmadığını qeyd edərək, hazırda seçkilərlə bağlı müzakirələrə vaxt ayırmaq istəmədiyini bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən