Tramp Ukraynanın kapitulyasiyasına nail olmağa çalışır - Fransa mətbuatı

 16:22 19.10.2026     58

ABŞ Prezidenti Donald Trampın mövqeyində kəskin dəyişiklik etdiyi və Rusiya Prezidenti Vladimir Putinin maraqlarına uyğun razılaşma əldə etməyə çalışdığı iddia olunur. Fransanın “Le Figaro” qəzeti yazır ki, Vaşinqtonun son addımları Avropa İttifaqını çətin vəziyyətə salıb və Brüsseli Kiyevə dəstək vermək üçün yeni yollar axtarmağa məcbur edir.

Redaktor.az xəbər verir ki, nəşrin məqaləsində bildirilir ki, son bir həftə ərzində Vaşinqtondan gələn siqnallar Trampın Ukraynanı kapitulyasiyaya sövq etməyə çalışdığını göstərir.

Qəzetin yazdığına görə, oktyabrın 9-da Rusiya ilə ABŞ arasında əldə edilən razılaşma Rusiya karbohidrogenlərinə tətbiq olunan sanksiyaların ləğvini nəzərdə tutur və Moskvaya dizel yanacağının ixracına imkan yaradır.

Bundan başqa, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin istefasını tələb edir, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələr endirməsini dayandırmağa çağırır və Kiyevə yardımı dayandıracağı ilə hədələyir.

“Le Figaro”nun qiymətləndirməsinə görə, bu addımlar ABŞ prezidentinin mövqeyində ciddi dəyişiklik olduğunu göstərir və Avropa ölkələrini Ukraynanın gələcəyi ilə bağlı narahat edir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən