4 mindən çox insan eboladan ÖLDÜ
Konqo Demokratik Respublikasında (KDR) may ayından bəri təsdiqlənmiş ebola ölümlərinin sayı 4500-ü keçib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Nazirlikdən verilən məlumata görə, ölkədə ümumilikdə 9400-dən çox insana ebola diaqnozu qoyulub.
Qeyd olunur ki, xəstəliyin episentri ümumi yoluxma hallarının 73,2%-ni təşkil edən İturi əyaləti olaraq qalır.












