Litva NATO-dan dronları vurmağa icazə İSTƏYİR

 22:11 19.10.2026     124

Litva pilotsuz uçuş aparatlarının (PUA) vizual təmas olmadan vurulmasına icazə almaq üçün NATO ilə məsləhətləşmələrə başlamaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mindauqas Sinkəviçyusa istinadən LRT milli televiziyası məlumat yayıb.

“Dronların hava məkanına daxil olmasına reaksiya alqoritminin yenidən nəzərdən keçirilməsi ilə bağlı NATO ilə məsləhətləşmələrə başlamağı tapşırmışam. Ümid edirəm ki, bunun üçün bir ay kifayət edəcək”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, NATO bu məsələnin həllini milli qanunvericiliyin səlahiyyətinə verə bilər.

Qeyd edək ki, sentyabrın 15-də NATO qırıcısı Litvanın hava məkanında bir dronu vurub. Vilnüs yaxınlığında hava məkanında pilotsuz uçuş aparatının aşkar edilə biləcəyi ilə bağlı ehtimala görə Litvada qırıcılar havaya qaldırılıb.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən