Ünsiyyətdən yorulmaq sinir sisteminin tükənməsinə işarə edə BİLƏR
İnsanlarla ünsiyyətdən sonra yorğunluq və əsəbilik sinir sisteminin tükənməsinin əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə psixoterapevt “RT”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, işi insanlarla davamlı ünsiyyətdən ibarət olan şəxslərdə zamanla həddindən artıq yorğunluq və nevrasteniya — sinir sisteminin tükənməsi yarana bilər. Bu zaman insanın iş yoldaşları, yaxınları və ətrafındakılarla ünsiyyət qurmaq üçün emosional gücü azalır.
Mütəxəssis qeyd edib ki, yorğunluq ümumi halsızlıq, ruh düşkünlüyü, gücsüzlük və əhvalın tez-tez dəyişməsi ilə müşayiət olunarsa, mütəxəssisə müraciət etmək lazımdır.
Qeyd edək ki, doğuşdan sonrakı depressiya da bəzən uzunmüddətli yorğunluq kimi başlayır. Bu vəziyyətdə qadın hətta istirahətdən, normal yuxudan və gəzintidən sonra belə özünü gümrah hiss etmir.
Xədicə BAXIŞLI












