Zelenskinin 70 milyard avroluq tələbinə REAKSİYA

 09:12 20.10.2026     70

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinə əlavə 70 milyard avro yardım ayrılması tələbi Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin gözlənilməz reaksiyasına səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə təqaüddə olan ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyat zabiti Skott Ritter “YouTube”da Glenn Diesenin kanalına müsahibəsində danışıb.

Skott Ritterin sözlərinə görə, Zelenski əlavə 70 milyard avro yardım istədiyi zaman Ursula fon der Leyenin üz ifadəsi bu tələbin reallaşmayacağına işarə edib.

Analitik bildirib ki, Ukrayna münaqişəsi sona yaxınlaşır və heç bir maliyyə yardımı ölkəni məğlubiyyətdən xilas edə bilməz.

Qeyd edək ki, Ursula fon der Leyen daha əvvəl Ukraynanın maliyyə ehtiyaclarının artacağını bildirib. O, həmçinin Ukraynanın silah təminatı üçün vəsait ayrılması istiqamətində daha fəal çalışacaqlarını bəyan edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən