"İran və Rusiya tarixdə heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib" - Əraqçi

 09:33 20.10.2026     67

İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Moskvanın tarixdə heç vaxt indiki qədər sıx əməkdaşlıq etmədiyini bildirib.

Redaktor.az xəbər verir ki, Əraqçi bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqların yekunlarına dair “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

O, danışıqları vaxtında keçirilmiş görüş kimi qiymətləndirib.

“Avropadan Qərbi Asiyaya qədər bütün məsələləri, o cümlədən Livan, Ukrayna, Fələstin və Yəmən mövzularını müzakirə etdik. Həmçinin iqtisadi və nüvə sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirdik. İran və Rusiya Federasiyası tariximizdə heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”, – deyə Əraqçi qeyd edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən