Cənubi Koreya Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarını geri ÇAĞIRIR

 11:07 20.10.2026     58

Cənubi Koreya Ukraynadakı səfirliyində çalışan diplomatların bir qismini geri çağırmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pak Du Sunun açıqlamasına istinadən məlumat yayıb.

Diplomat bildirib ki, Seul bu addımı Şimali Koreya əsilli əsirlərlə bağlı məlumatların açıqlanması ətrafında yaranan mübahisənin həlli istiqamətində Kiyevin müsbət addımlar atmaması ilə əlaqədar atır. O, həmçinin hava hücumları təhlükəsinin davam etməsinin diplomatik nümayəndəliyin əməkdaşlarının təhlükəsizliyini təmin etməyi çətinləşdirdiyini vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən