Fransada etiraz aksiyaları zamanı 3 min mağaza talan EDİLDİ

 11:48 20.10.2026     78

Fransada etiraz aksiyalarından sonra baş verən iğtişaşlar zamanı təxminən 3 min ticarət obyektinin talan edildiyi və ya dağıdıldığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen “Europe 1” radiosunun efirində danışıb.

“Düşünürəm ki, 3 min mağaza talan edilibsə, sahibkarların dövlətin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini deməyə haqqı var”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Fransanın daxili işlər naziri Loran Nunes də etirazlar zamanı ölkədə təhlükəsizliyin lazımi səviyyədə təmin olunmadığını etiraf edib.

Darmanen bununla yanaşı, Fransada fövqəladə vəziyyətin tətbiq edilməsinin əleyhinə çıxış edib. O hesab edir ki, belə bir addım bütün Fransa vətəndaşlarının şəxsi azadlıqlarını məhdudlaşdıra bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən