Güclü yağışlar səbəbindən sakinlər təxliyə EDİLİR

 15:39 20.10.2026     64

Krımın cənubunda leysan yağışlarının yaratdığı daşqın təhlükəsi ilə əlaqədar sakinlərin təxliyəsinə başlanılıb. Ərazidə suyun səviyyəsinin yüksəlməsi və yağıntıların davam etməsi səbəbindən vəziyyətin mürəkkəb olaraq qaldığı bildirilir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarəsinin məlumatına görə, xüsusilə Uzen-Çeşme çayının yaxınlığında yerləşən evlərin sakinləri təhlükəsiz ərazilərə köçürülür.

İndiyədək su basmış ərazidən bir uşaq da daxil olmaqla, yeddi nəfər təxliyə edilib. Onlardan üçü müvəqqəti yerləşdirmə məntəqəsində qalır.

Qurumun məlumatına görə, yağıntıların kəsilməməsi və çayda suyun səviyyəsinin yüksəlməsi səbəbindən bölgədə əməliyyat şəraiti mürəkkəb olaraq qalır. Fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması işlərinə 193 nəfər şəxsi heyət və 36 xüsusi texnika cəlb olunub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən