Rubio ABŞ, Rusiya və Çin liderlərinin görüş ehtimalını şərh ETDİ

 15:47 20.10.2026     68

ABŞ dövlət katibi Marko Rubio Rusiya, Çin və ABŞ liderləri arasında dialoqun vacibliyini vurğulayıb.

Redaktor.az xəbər verir ki, Rubio bu barədə “Fox News” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində mümkün görüşü şərh edərkən danışıb.

“Dünyanın ən güclü üç nüvə dövlətinin liderlərinin bir-biri ilə danışması təəccüblü deyil. Bu, bir fürsətdir və Prezident Tramp ABŞ, Rusiya və Çin liderlərinin, məsələn, silahlara nəzarət mövzusunda mənalı danışıqlar aparmasına hazır olduğunu göstərib”, – deyə Rubio bildirib.

O əlavə edib ki, üç ölkə arasında belə bir dialoq bütün dünya üçün çox müsbət nəticələr verə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən