İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə Floridada danışıqlar aparacaq

 18:19 20.10.2026     68

İsrail və Livan nümayəndə heyətləri bu gün ABŞ-nin Florida ştatının Tampa şəhərində işçi səviyyədə danışıqlar aparacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi “The Times of Israel”ə bildirib.

Oktyabrın 20-21-də keçirilməsi planlaşdırılan görüşlərdə əsas diqqətin “Üçtərəfli Çərçivə Sazişi”nin irəlilədilməsinə yönəldiləcəyi gözlənilir. Saziş Hizbullahın tərkisilah edilməsini və İsrail hərbçilərinin Livanın cənubundan mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.

Qeyd olunub ki, danışıqlarda İsrailin və Livanın ABŞ-dəki səfirləri iştirak etməyəcək.

Vumart və Güvən reklamı Vumart Güvən