ABŞ ilə gərginlik Ukraynanı çətin seçim qarşısında qoya bilər
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında münasibətlərin pisləşməsi Ukraynanın müdafiə qabiliyyətini zəiflədə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, NATO-nun yüksək vəzifəli rəsmiləri Zelenski ilə ABŞ Prezidenti arasındakı münasibətlərin ciddi şəkildə zədələnə biləcəyindən narahatdırlar. Bu vəziyyət Ukraynanın Rusiya ilə müharibənin ağrılı şərtlərlə həllinə razılaşmaq məcburiyyətində qalmasına səbəb ola bilər.
Qeyd olunur ki, iki lider arasındakı münasibətlərin pisləşməsi sərt qış ərəfəsində Kiyevi daha həssas vəziyyətdə qoya bilər.
“Bloomberg”in məlumatına görə, NATO nümayəndələri artıq Ukraynanı ABŞ ilə münasibətlərdə gərginliyi azaltmağa çağırmağa çalışıblar.
Aytəkin TOFİQQIZI












