Uitkoff və Kuşner Putinlə görüşmək üçün Sankt-Peterburqa GEDƏCƏK

 20:37 20.10.2026     66

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Sankt-Peterburqa səfər edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidentinin nümayəndələri Putinin doğma şəhərində onunla görüşəcəklər.

Bildirilib ki, amerikalı nümayəndələr Rusiyada uzun müddətdir saxlanıldığı iddia edilən ABŞ vətəndaşının azad edilməsinə nail olmağa çalışırlar. Həmin şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Stiv Uitkoff Norveçin paytaxtı Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə başlayıb. Danışıqlara Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulublar.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən