Zelenski üçtərəfli danışıqlar təklif ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski sülhə nail olmaq məqsədilə liderlər səviyyəsində üçtərəfli danışıqların keçirilməsini təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
“Liderlər səviyyəsində üçtərəfli danışıqlara keçməyi təklif edirəm. Ukrayna sülhə nail olmaq üçün konkret təkliflər hazırlayıb və onların sabah Rusiyaya çatdırılmasını istəyir”, – Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, qarşılıqlı razılıq əldə olunacağı təqdirdə Kiyev enerji obyektlərinə zərbələr endirməkdən imtina etməyə hazırdır.
Qeyd edək ki, oktyabrın 20-də Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə Norveçin paytaxtı Osloda görüşüb. Görüşdə iştirak edən Norveçin Baş naziri Yonas Qar Störe danışıqların nəticələrini müsbət qiymətləndirib.
Xədicə BAXŞILI












