ABŞ və Ukrayna bu mövzuları müzakirə ETDİ
ABŞ və Ukrayna Norveçin paytaxtı Osloda Kiyev üçün NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna”nın “Telegram” kanalı məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, görüşdə müxtəlif təhlükəsizlik təminatları ilə bağlı təkliflər nəzərdən keçirilib.
“Biz müxtəlif təklifləri müzakirə etdik: NATO, 5-ci maddə, 5-ci maddəyə bənzər zəmanətlər. Sənədlərdə əksini tapan müxtəlif təhlükəsizlik təminatları var. Stiv Uitkoff həmin sənədləri rusiyalılara çatdıracaq və bir gün ərzində onların cavabını eşidəcəyik”, – Zelenski qeyd edib.
Bundan əvvəl Ukrayna lideri “Corriere della Sera” qəzetinə müsahibəsində ölkəsinin təhlükəsizlik zəmanətlərinin güclü orduya, eləcə də Avropa İttifaqı və NATO üzvlüyünə əsaslanmalı olduğunu bildirib. Bununla belə, Zelenski alyansa üzvlük əvəzinə ona bərabər tutula biləcək təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 20-də Osloda keçirilən görüşdə Zelenski, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb iştirak ediblər.
Görüşdən sonra Stubb qısamüddətli və uzunmüddətli perspektivdə “real irəliləyiş” əldə olunduğunu bildirib. Norveçin Baş naziri isə Uitkoffun oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər edəcəyini qeyd edib.
Xədicə BAXŞILI












