Rusiya Ukraynada tədricən irəliləməyə davam edir - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynada müəyyən uğurlar əldə etdiyini etiraf edib. O, Rusiyanı irəliləməyə davam edən böyük maşına bənzədib.
Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bilirsiniz, Rusiya böyük bir maşındır. Onlar sadəcə yavaş-yavaş irəliləməyə davam edirlər və hazırda etdikləri də məhz budur”, – Tramp bildirib.
ABŞ lideri Ukraynanın vəziyyətinin necə olduğunu fərqli şəkildə təqdim etməyin mümkün olduğunu desə də, Rusiyanın nəzarətində olan ərazilərin davamlı olaraq genişləndiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp noyabr ayında Çində Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli sammit keçirmək istədiyini bildirib.
Xədicə BAXŞILI












