Putin və Uitkoff görüşdü - YENİLƏNİB
Sankt-Peterburqdakı Konstantin Sarayında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin də görüşdə iştirak etdiyi bildirilir.
***
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiyaya səfər edib.
Redaktor.az xəbər verir ki, Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburq şəhərinə gəlib.












