ABŞ-nin dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı - Rubio
ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtonun və prezident Donald Tramp administrasiyasının dəstəyi olmasaydı, Ukrayna suveren dövlət kimi mövcudluğunu itirə bilərdi.
Redaktor.az xəbər verir ki, Rubio bu barədə Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ-nin Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini və hərbi dəstəyi qəsdən dayandırdığı barədə iddiaları təkzib edib.
Dövlət katibi İlon Maskın Ukraynada Starshield peyk rabitə sisteminin fəaliyyətinin məhdudlaşdırılmasında rolunun olması ilə bağlı mediada yayılan məlumatları şərh edərkən ABŞ-nin yardımının əhəmiyyətini vurğulayıb.
NURİYYƏ












