Bu ölkədə benzin UCUZLAŞDI

 21:29 21.10.2026     83

Oktyabrın 13-dən 19-dək Rusiyanın 53 regionunda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində azalma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Rosstat"dan məlumat verilib.

Qiymətlərin ən nəzərəçarpan azalması Kurqan vilayətində qeydə alınıb. Burada benzin 8,03%, İnquşetiyada isə 7,64% ucuzlaşıb.

Tambov və Voloqda vilayətlərində qiymətlər 4,56–5,2% arasında azalıb. Sevastopol, Sverdlovsk, Kaluqa və Kostroma vilayətlərində isə benzinin qiyməti 3%-dən çox aşağı düşüb.

Mari El Respublikası və Xakasiya da daxil olmaqla, beş regionda qiymətlər 2%-dən çox azalıb. Digər ərazilərdə enmə daha zəif olub: 17 regionda qiymətlər 1%-dən çox, 23 regionda isə 1%-dən az aşağı düşüb.

Oktyabrın 15-də Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak “Rusiya Enerji Həftəsi – 2026” tədbiri çərçivəsində ölkənin ən azı 2026-cı ilin sonunadək xaricdən benzin idxalını davam etdirəcəyini bildirib.

Novakın sözlərinə görə, hakimiyyət orqanları ekoloji sinfi aşağı olan yanacağın satışının şəffaflığı təmin etmək məqsədilə yalnız birja vasitəsilə həyata keçirilməsi məsələsini müzakirə edirlər.

Xatırladaq ki, daha əvvəl bir ekspert “Avro-3” sinifli benzinin sağlamlıq üçün əsas təhlükəsini açıqlayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən